Xəzər Xəbər

Telefon, işıq, su pulunu ödəməyənlərə KREDİT VERİLMƏYƏCƏK

İqtisadiyyat | 15:11 • 12 Dekabr 2018
Telefon, işıq, su pulunu ödəməyənlərə

Azərbaycanda bank müştərilərinin ödəmə qabiliyyətini qiymətləndirməyin yeni üsulu tətbiq edilməyə başlayıb. Bir qədər əvvəl fəaliyyətə başlayan Azərbaycan Kredit Bürosu mobil telefon operatorları və kommunal xidmətlərlə əməkdaşlıq etməyə start verib.

Büronun baş direktoru Elçin Həbibov bildirib ki, hazırda büro banklar və maliyyə təşkilatları ilə yanaşı, 3 mobil operator və 3 kommunal xidmətlədə əməkdaşlıq edir: "Həmin təşkilatların məlumatları da büroda əks olunur".

Banklara müştərilər kredit üçün müraciət etdikdə və məlum olduqda ki, bu müştəri indiyədək kredit götürməyib, onun mobil operatorlara və kommunal xidmətlərə olan borcu araşdırılır: "Bu üsulla ən azından onun mobil borcları üzrə tarixçəsini öyrənmək olar. İndiki dövrdə hər şəxsin telefonu var. Telefon öz adınadırsa müvafiq müraciət etməsindən sonra təbii ki öz razılığı ilə Büroya Müraciət edilir, sorğu göndərilir. Nömrə əsasında onun haqqında məlumat verə bilirik ki, bu şəxs nə qədər istifadə edir, nə qədər ödəyir. Əgər böyük problemləri varsa bu görünür".

Büro rəhbəri bildirir ki, bu sistemə kommunal xidmətlər də qoşulub. Bunlar "Azərsu", "Azərişıq", "Azərqaz"dır. Nəticədə kommunal xidmətlərin pulunu gecikdirənlər də sistemdə qeydə alınır və belə müştərilər kredit üçün banka müraciət etdikdə bu gecikmələr onlar haqqında mənfi rəy yaradacaq./ marja.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti