Xəzər Xəbər

Köhnə telefonları atmayın Görün bu hissəsi nəyə yarayırmış - FOTOLAR

Texnologiya | 15:03 • 12 Dekabr 2018
Köhnə telefonları atmayın

Bir vaxtlar bu telefonlardan bizim də olmasını çoxumuz arzulayırdıq. Uzun müddət işlətdik və demək olar çoxundan da məmnun qaldıq. Ancaq yeni, daha üstün model telefonlar çıxdıqdan sonra çoxları bu telefonları ya işlətmədi, ya da atdı evin bir küncünə. Hətta lazımsız bir əşya kimi zibilliyə tullayanlar da oldu. Ancaq vaxt keçdikcə bu telefonların detallarının daha çox işə yaradığı məlum olur. Artıq dünyanın bir çox ölkələrində alqı-satqı elanı saytlarında bu telefonların ehtiyat hissələrini almaq üçün elan verənlərin sayı artmaqdadır.

XəzərXəbər xəbər verir ki, rusiyalı mühəndislərdən biri isə köhnə model "Nokia" telefonunun batareyasından hazırda son model telefonlar üçün "power bank" akkumulyatoru hazırlayıb.
Bu akkumulyatorlardan "iPhone" və digər mobil telefonların enerji yığmasında istifadə olunur.

Rus mühəndisin köhnə mobil telefonun batareyasından hazırladığı bu akkumulyator mütəxəssislərin diqqətini cəlb edib. Həmin "power bank"ın 2 həftəyə yaxın "zaryatka"
saxladığı bildirilir.

Dünyanın başqa ölkələrində də köhnə mobil telefonların ehtiyat hissələrindən müxtəlif qurğuların hazırlanmaqdadır və getdikcə onların sayı daha da artacağı ehtimal olunur.

Odur ki, evinizdəki köhnə mobil telefonları lazımsız əşya kimi atmayın.






yeniavaz.com

Xəbər lenti