Xəzər Xəbər

Acun məşhur aktrisadan gözlərini çəkə bilmədi VİDEO

Veb TV | 13:38 • 10 Dekabr 2018
Acun məşhur aktrisadan gözlərini çəkə bilmədi

TV8 kanalının rəhbəri Acun Ilıcalı dünən keçirilən 45-ci "Altın Kelebek” mükafatlarının təqdimolunma mərasimində aktrisa Serenay Sarıkaydan gözlərini çəkə bilməyib.

"Altın Kelebek” mükafatlarının təqdimolunma mərasimində "Ən yaxşı internet serialı” kateqoriyasında "Fi” mükafata layiq görülüb. Mükafatı almaq üçün serialın baş rol ifaçısı Serenay Sarıkaya anons edilərək səhnəyə dəvət edilib. Şeyma Subaşıdan qısa müddət əvvəl boşanan Acun Ilıcalının gözləri ilə Seranay Sarıkayanı müşayiət etməsi mərasimini izləyən tamaşaçıların diqqətindən qaçmayıb. Acunun Serenay Sarıkayaya baxışları sosial şəbəkədə də çox müzakirə olunub.

Xatırladaq ki, Acun 6 il vətəndaş nikahında yaşadığı, keçən ilin sentyabrında isə evləndiyi həyat yoldaşı Şeyma Subaşıdan ötən ay gözləniməz şəkildə ayrılmağa qərar verib. Cütlüyün boşanma səbəbi kimi Şeymanın Acuna xəyanət etməsi göstərilir./Publika.az

Xəbər lenti