Xəzər Xəbər

Bakıda qız üstə qan düşdü 14 yaşlı oğlanı bıçaqladılar, vəziyyəti ağırdır...

Hadisə | 10:27 • 10 Dekabr 2018
Bakıda qız üstə qan düşdü

Suraxanı rayonunda gənclər arasında qız üstə qan düşdü

Hadisə rayonun Qaraçuxur qəsəbəsində baş verib

Qəsəbə sakini 2000-ci il təvəllüdlü Üzeyir Rzayev həmyerlisi 2004-cü il təvəllüdlü Uğur Hüseynxanlını bıçaqlayıb. Yaralı dərhal yaxınlıqda yerləşən 3 saylı Sabunçu şəhər xəstəxanasına çatdırılıb. Əməliyyata götürülən azyaşlının vəziyyəti orta-ağırdır.

Hadisəni törədən şəxsə gəldikdə isə, Ü.Rzayev 32-ci Polis Bölməsinin əməkdşaları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. İlkin istintaq hərəkətləri zamanı məlum olub ki, cavanlar arasında mübahisə qız qstündə düşüb. Belə ki, bıçaqlanan Uğur, Üzeyirin sevdiyi qıza mesaj yazıb. Bundan xəbər tutan Rzayev isə dərhal haqq-hesabı çürütmək qərarına gəlib və Uğuru görüşə çağırıb. Görüş zamanı isə özüylə gətirdiyi bıçaqla 14 yaşlı gəncə bir neçə bıçaq zərbəsi endirib.

Faktla bağlı Suraxanı RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb./AzNews.az

Xəbər lenti