Xəzər Xəbər

Millimiz üçün yeni baş məşqçi Baş katib Parisə gedir

İdman | 19:33 • 9 Dekabr 2018
Millimiz üçün yeni baş məşqçi

Qurban Qurbanovun Azərbaycan millisindən ayrılmasından sonra yığmamızın yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

XəzərXəbər bildirir ki, yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, artıq AFFA rəhbərliyi hərəkətə keçib.

Qurumun baş katibi Elxan Məmmədov yeni baş məşqçi ilə danışıqlar üçün Fransanın paytaxtı Parisə gedəcək. O, italiyalı mütəxəssis Covanni de Byazi ilə görüşəcək. Tərəflərin hansı qərar verəcəyi yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, 62 yaşlı italiyalı mütəxəssis son olaraq İspaniyanın "Alaves" klubunu çalışdırıb. O, bundan əvvəl Albaniya millisinə rəhbəlik edib.

Xəbər lenti