Xəzər Xəbər

Dollar kreditləri ilə bağlı yenilik

İqtisadiyyat | 10:03 • 9 Dekabr 2018
Dollar kreditləri ilə bağlı yenilik

Azərbaycanda xarici valyutada kreditlərin verilməsi ilə bağlı yeni qayda tətbiq edilib.

Fed.az xəbər verir ki, bu yenilik Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təsdiqlədiyi "Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”da əksini tapıb.

Qaydalara görə, xarici valyutada istehlak kreditləri xarici valyutada gəliri olan borcalanlara verilir. Xarici valyutada gəliri olmayan borcalanlar xarici valyutada istehlak kreditlərini yalnız o zaman ala bilər ki, onun təminatı kimi, bankda xarici valyutada depozit olsun. Özü də bu depozit ya borcalana, ya da üçüncü şəxsə aid ola bilən.

Bundan başqa, xarici valyutada istehlak krediti banka girov qoyulmuş bank metalları müqabilində də verilə bilər. Bir şərtlə ki, kredit təminatı əmsalı 90%-dən çox olmasın. Yəni götürülən kredit girovun məbləğinin 90%-dən artıq olmasın.

Qaydalara görə, daşınmaz əmlak krediti yalnız milli valyutada verilir. Bu kreditlərdə isə kredit zəmanət əmsalı 70%-dən artıq olmamalıdır.

Xəbər lenti