Xəzər Xəbər

Sürücülərin nəzərinə: Bu yolda geri dönmə hissə bağlanır - FOTO

Gündəm | 10:43 • 8 Dekabr 2018
Sürücülərin nəzərinə:
Aparılan təmir işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan hissədə, yol qovşağının aşağısında yerləşən geri dönmə hissə tam olaraq bağlanır.


XəzərXəbər xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatında bildirilib.



Sürücülərdən bunu nəzərə almaları və öncədən hərəkət istiqamətlərinə uyğun digər geri dönmə hissələrdən istifadə etmələri xahiş olunur.

AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyir.


Xəbər lenti