Xəzər Xəbər

Təyyarə ilə vətəninə qayıdan qız bir anda məşhur oldu Bütün dünya ondan danışır - VİDEO

Veb TV | 14:05 • 6 Dekabr 2018
Təyyarə ilə vətəninə qayıdan qız bir anda məşhur oldu

Təyyarədə rəqs edərək əylənən xanım sərnişin ailəsini ziyarətə gedirmiş.

Taylandda maraqlı hadisə yaşanıb.

Taylandın paytaxtı Banqkokdan Ko Samui adasına gedən təyyarə yalnız bir sərnişinlə havaya qalxıb.

144 nəfər üçün nəzərdə tutulmuş təyyarədə tək olduğunu görən Latsami Makado adlı gənc qız həmin anların dadını yaşayıb.

O, sosial şəbəkədə xeyli sayda video paylaşıb.

Təyyarədə rəqs edərək əylənən xanım sərnişin ailəsini ziyarətə gedirmiş.

Təyyarədən enərkən yük hissəsindən yalnız onun çamadanının gəldiyini görən Latsami "Şoka düşmüşdüm, ancaq indi paylaşa biləcəyim çox gözəl bir hekayəm var" deyə bildirib.

AzNews.az

Xəbər lenti