Xəzər Xəbər

Azərbaycanda daha bir ər qadının başını qırxdı - FOTO

Cəmiyyət | 12:09 • 6 Dekabr 2018
Azərbaycanda daha bir ər qadının başını qırxdı -
Azərbaycanda daha bir qadın ər tərəfindən zorakılığın qurbanı olub.

Bu barədəAzərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

Birliyin sədri qeyd edir ki, 14 illik evli olan ər-arvad arasında illərdir problem olub. Həyat yoldaşını döyən ər onun hətta başını da qırxıb.

Qadının həyat yoldaşından 2 azyaşlı qızı var. Qadının atası isədeyir ki, əgər mənim yanıma qayıtsan, şərtim var!

Ata nəvələrinin oxumasına razı deyil: "Ərindən boşanıb gələcəksənsə, bu kənddə sənin qızların oxuya bilməz. Kənd camaatı buna pis baxır! Eləcə ərə verərik. Tez bir zamanda rədd olub gedərlər".

Qeyd edək ki, 2 azyaşlının 10 və 12 yaşları var.

BAKU.WS

Xəbər lenti