Xəzər Xəbər

Başqasını güllələmək istəyirdi, dostunu öldürdü - VİDEO

Veb TV | 19:05 • 18 Noyabr 2018
Başqasını güllələmək istəyirdi, dostunu öldürdü -

Bakıda silahlı insident olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş verib.

Dünən günorta saatlarında Şərifov Vüqar Bəxtiyar oğlu qəsəbə sakini Babayev Cabir Yaşar oğlunu güllələyərək öldürüb. O, polisə gələrək könüllü şəkildə təslim olub. Bildirilir ki, qətlə yetirilən Cabir Babayev Bakının məşhur "avtoş" larından olub və "Cabir-012" adı ilə tanınıb. Onun ölümü isə təsadüf nəticəsində baş verib. Belə ki, Cabirin dostu Vüqarın qardaşının üzünə xəsarət yetirib. O da həmin şəxsi güllələmək istəyib və bu zaman atəş Cabirə tuş gəlib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.



Xəbər lenti