Xəzər Xəbər

Pensiya təyinatı və vergi ilə bağlı köklü dəyişikliklər olacaq - VİDEO

Veb TV | 20:44 • 16 Noyabr 2018
Pensiya təyinatı və vergi ilə bağlı köklü dəyişikliklər olacaq -

Pensiya təyinatı tam avtomatlaşdırılmış şəkildə həyata keçiriləcək.

Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisdə "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Əliyev bildirib.

Vergilər nazirinin müavini Sahir Məmmədxanov da pensiyaların yeni üsulla hesablanacağına diqqət çəkib. O, bu metodla şəffaflığın tam təmin edilməsinə nail olunacağını bildirib.

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə Vergilər Məcəlləsində nəzərdə tutulan son dəyişikliklərin həm vətəndaşların, həm də sahibkarların vergi yükünü azaldacağını deyib.

Müzakirə edilən dəyişikliklər bəyənilərək Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti