Xəzər Xəbər

15 yaşlı şagird məktəbi bir-birinə qatdı 1800 nəfər evakuasiya edildi

Hadisə | 14:25 • 14 Noyabr 2018
15 yaşlı şagird məktəbi bir-birinə qatdı

Nəticədə heç bir partlayıcı maddə tapılmayıb

Qazaxıstanın Astana şəhərində 22 nömrəli orta məktəbdə 1800 nəfər "bomba qoyulub" xəbərinə görə evakuasiya edilib.

Bu haqda informasiyanı Astana şəhərinin polis departamenti yayıb.

Mənbə bildirir ki, 102-yə telefon zəngi naməlum şəxs tərəfindən səhər saat 8-də daxil olub və bildirilib ki, saat 11-də məktəbə qoyulan bomba partlayacaq.

Əraziyə gələn polislər axtarışa başlayıblar. Həmin vaxt isə məktəbdə olan ümumilikdə 1800-dən çox şagird və müəllim heyəti evakuasiya edilib.

Nəticədə məktəbin ərazisində heç bir partlayıcı maddə tapılmayıb.

Zəng edən isə tez bir zamanda tutulub. 15 yaşlı şagird zəng etdiyini boynuna alıb.

Hazırda insidentlə bağlı araşdırma aparılır.

AzNews.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti