Xəzər Xəbər

Sürücülərin nəzərinə: plyonkalardan istifadə müddəti bitir - VİDEO

Veb TV | 20:30 • 12 Noyabr 2018
Sürücülərin nəzərinə:

Avtomobillərin yan şüşələrinə vurulan jalüzlərin istifadə müddətinin bitməsinə 3 gün qalıb.

Xezerxeber.az-ın məlumatına görə, ölkəmizdə tətbiq edilən qanuna əsasən mayın 1-dən noyabrın 15-nə kimi olan müddətdə avtomobillərin arxa yan şüşələrində jalüz və görməni məhdudlaşdıran digər vasitlərdən istifadəyə icazə verilir. Bu müddətdən sonra isə sürücüləri cərimə gözləyir.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, sürücülər cərimələnməmək üçün diqqətli olmalıdır.

Bu qadağa əksər avtomobilin arxa qapısında olan kiçik ölçüsü şüşə üçün də keçərlidir. Çünki bəzi sürücülərin buna məhəl qoymaması səbəbindən daha sonra sürücü ilə yol polisləri arasında mübahislərin yaşanmasına səbəb olur.

Qeyd edək ki, hazırda arxa şüşələrə plyonkaların çəkilməsi qiyməti istifadə edilən materialın keyfiyyətindən asılı olaraq 15-30 manat arasında dəyişir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti