Xəzər Xəbər

Bakıda iyrənc hadisə gecəyarısı 2 kişi küçədə qadını...

Hadisə | 13:54 • 12 Noyabr 2018
Bakıda iyrənc hadisə

Bakıda soyğunçuluq hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, gecə saat 23 radələrində Nərimanov rayonu Heydər Əliyev prospekti 80 ünvanındakı binanın qarşısında 2 nəfər naməlum şəxs evə gedən Hacıyeva Qeysər Fikrət qızına hücum edib. Həmin şəxslərdən biri yumruqla qadına zərbə endirib, digər şəxs isə onun əlindəki çantanı alaraq qaçıb. Çantada pul və kartlar olub.

17-ci Polis Şöbəsinə müraciət edən Q.Hacıyeva hadisənin yaşadığı binaya daxil olarkən baş verdiyini və həmin şəxslərin əvvəlcədən onu izlədiyini deyib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti