Xəzər Xəbər

Həbibdən Konora revanş üçün FANTASTİK TƏKLİF: Onu bizə gətir, sonra...

İdman | 18:25 • 24 Oktyabr 2018
Həbibdən Konora revanş üçün FANTASTİK TƏKLİF: Onu bizə gətir, sonra...

Rusiya döyüşçüsü, mütləq döyüş çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədov 100 milyon qarşılığında qarışıq döyüş növlərinin (MMA) UFC kateqoriyası üzrə irlandiyalı döyüşçü Konor Makqreqorla revanş görüşünə hazırdır.

Bu haqda Nurməhəmmədovun meneceri Əli Əbdül-Əziz bildirib.

Lakin o, tələb olunan pulun hansı valyuta olduğunu dəqiqləşdirməyib.

"İndi sən revanş istəyirsən, amma revanş 100 milyonu bizə gətirməsən olmayacaq. Alkoqol mağazanı aç və satışlara diqqət ayır", - Həbibin meneceri vurğulayıb.

Xatırladaq ki, Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində oktyabrın 7-də keçirilən UFC turniri üzrə yüngül çəkidə çempion titulu uğrunda döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Hakimlər 4-cü raundda rusiyalı döyüşçünün qələbəsini qeydə alıblar.

Nurməhəmmədov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub.

Döyüşdən sonra hər iki rəqib və onların komandalarının üzvlərinin iştirakı ilə dava olub. UFC başçısı Deyna Uayt bildirib ki, çempion hadisəyə görə tituldan məhrum edilməyəcək, ancaq onu 4 aydan 6 aya kimi diskvalifikasiya və pul cəriməsi gözləyir.

Oktyabr əvvəlində Nurməhəmmədov amerikalı boksçu Floyd Meyvezeri döyüşə çağırıb və deyib ki "cəngəllikdə yalnız bir kral ola bilər”. Buna cavab olaraq amerikalı 110 milyon dollardan 200 milyon dollara qədər qonorar istəyib./publika.az

Xəbər lenti