Xəzər Xəbər

Qubada əmisinin gəlinini qaçıran kişi öldürüldü

Region | 09:47 • 22 Oktyabr 2018
Qubada əmisinin gəlinini qaçıran kişi öldürüldü

Bir neçə gün əvvəl sosial mediada Azərbaycanda əmisinin gəlini ilə qaçan gənc oğlanın ayaqları bağlanmış halda linç edilməsinin görüntüləri yayılmışdı.


Publika.az-ın əldə etdiyi məlumata görə, videodakı gənc artıq öldürülüb.


Belə ki, əldə etdiyimiz məlumata görə, linç edilən gənc Qubanın Tülər kənd sakinidir. O, 5 gün əvvəl əmisinin gəlini ilə qaçıb. Bir müddət əvvəl həyat yoldaşından boşanan şəxs əmisi oğlunun arvadı ilə qaçandan az sonra tapılıb. Gəlinin əri və dostları onları yaxalayaraq kəndə gətirib. Bu zaman onlar 30 yaşlı Şahini (ad şərtidir) kənd yaxınlığındakı sahədə ayaqlarını bağlayaraq linç ediblər. Daha sonra həmin görüntürlər internetdə yayılıb. Dünən isə kənd ərazisində Şahin növbəti dəfə linç edilib və bir qrup şəxs onu araya salaraq vəhşicəsinə döyüb. Bu zaman qarşılıqdan istifadə edən şəxslərdən biri onu bıçaqlayaraq öldürüb.


Artıq faktla bağlı cinayət işi açılıb, saxlanılanlar var.

Xəbər lenti