Xəzər Xəbər

Meşədən sahə rəisinin meyiti tapıldı

Region | 10:13 • 21 Oktyabr 2018
Meşədən sahə rəisinin meyiti tapıldı

İmişli rayonunda tapılan meyitin şəxsiyyəti müəyyənləşib.


Bu, əslən rayonun Oruclu kəndindən olub Rəsullu kəndində yaşayan Aslanov Ağabala Əşrəf oğludur.


İlkin məlumata görə, meşə sahəsinin rəisi işləyən A.Aslanov bir müddət olardı ki, ürək xəstəliyindən əziyyət çəkirmiş. (Report)


*****


9:28


İmişli rayonunda meyit tapılıb.


"Report" xəbər verir ki, səhər saatlarında rayonun Şahverdilər kəndi ərazisində şəxsiyyəti məlum olmayan kişi cəsədi aşkarlanıb.


Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hazırda ərazidə müayinə işləri aparılır.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti