Xəzər Xəbər

Avtomobillərin texniki baxışdan keçmə müddəti dəyişdi QƏRAR

Gündəm | 09:15 • 19 Oktyabr 2018
Avtomobillərin texniki baxışdan keçmə müddəti dəyişdi
Avtomobillərin texniki baxışdan keçirməsi üçün verilən vaxt uzadılıb.

XəzərXəbər xəbər verir ki, Baş nazir Novruz Məmmədov bu barədə qərar imzalayıb.

Qərara əsasən, istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirmədən idarə etməyə görə nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

İndiyədək vətəndaş nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 10 gün müddətində nəqliyyat vasitəsini texniki baxışdan keçirməli idi. Dəyişikliklə bu müddət 10 gün deyil, 20 gün olacaq.

Xəbər lenti