Xəzər Xəbər

Meşədən odun çıxaran yük maşınının sürücüsü qəzaya düşdü, öldü - VİDEO

Veb TV | 19:07 • 18 Oktyabr 2018
Meşədən odun çıxaran yük maşınının sürücüsü qəzaya düşdü, öldü -

Qubada meşədə yük maşınııb, qəza zamanı bir nəfər ölüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Təngə meşəsi ərazisində baş verib. Təngəaltı kənd sakini Xalid Abidov idarə etdiyi yük avtomobili ilə dağlıq relyefli meşədə hərəkətdə olarkən qəza törədib. Şahidlərin sözlərinə görə, meşə yolu palçıqlı və sürüşkən olduğundan odunla yüklü maşın sürüşərək aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Hadisə yerinə xüsusi riskli xilasetmə qrupunun canlı qüvvəsi və texnikası cəlb edilib. Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Hadisə araşdırılır.



Xəbər lenti