Xəzər Xəbər

Maşınını "moyka"ya qoydu, qayıdanda yerində tapmadı - TƏFƏRRÜAT - VİDEO

Veb TV | 19:19 • 18 Oktyabr 2018
Maşınını "moyka"ya qoydu, qayıdanda yerində tapmadı -

Bakıda taksi sürücüsünün avtomobilini avtoyuma məntəqəsindən qaçırıblar.

Xezerxeber.az-ın məlumatına görə, Bakı şəhər sakini, taksi sürücüsü Rəşad Əlizadə iddia edir ki, bir neçə gün əvvəl axşam saat 21:00 radələrində yaşadığı Binəqədi rayonu Mir Cəlal küçəsində 24 saat fəaliyyət göstərən avtoyuma məntəqəsinə maşınını qoyaraq evə gedib. Bir müddət sonra o, avtomobilini görtürməyə gəldikdə maşını avtoyuma məntəqəsində görməyib.

15 dəqiqə keçdikdən sonra Rəşad Əlizadə yenidən avtoyuma məntəqəsinin işçisi Ceyhun Məmmədova zəng vurub. Ona zəng çatmadığı üçün sürücü məcbur qalıb ''102'' xidmətinə avtomobilin qaçırılması ilə bağlı məlumat verib. Bir az sonra Ceyhun avtomobilsiz Rəşad Əlizadənin yanına gəlib.

Hadisə yerinə ərazi üzrə Binəqədi rayon 7-ci polis bölməsinin əməkdaşları gəlib. Hər iki şəxsi bölməyə aparıblar. Polis isə avtomobili cərimə meydançasında aşkar edib. Araşdırma zamanı məlum olub ki, Ceyhun Məmmədov avtomobili sərxoş idarə etdiyi üçün yol polisi ona 500 manat məbləğində cərimə yazıb.

Məsələ ilə bağlı həmin avtoyuma məntəqəsinə getsək də, Ceyhun Məmmədovu tapa bilmədik. Məntəqənin sahibi, Rizvan adlı şəxs telofon vasitəsi ilə bildirdi ki, onun hadisədən xəbəri yoxdur. Üstəlik, Ceyhun adlı işçisi də olmayıb. Hadisə ilə əlaqədar Binəqədi rayon polis idarəsinin istintaq şöbəsindən isə ''Xəzər Xəbər''ə bildirdilər ki, belə bir hadisə olub və hazırda fakt araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti