Xəzər Xəbər

Azərbaycanda minlərlə insanı sevindirəcək XƏBƏR İŞLƏR BAŞLADI

Gündəm | 13:56 • 16 Oktyabr 2018
Azərbaycanda minlərlə insanı sevindirəcək XƏBƏR

Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən XəzərXəbər-ə verilən məlumata görə, layihə çərçivəsində 12 avtobus dayanacağı inşa ediləcək. Yol boyu hərəkətin normal təşkili üçünsə 66 yol nişanı, 22 km göstəricisi və 660 siqnal dirəyi quraşdırılacaq, 87 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolunun 26 km-lik hissəsinin yenidən qurulması ilə yol boyu nəqliyyat əlaqəsi xeyli rahatlaşacaq, vətəndaşların Tərtər və Hindarx istiqamətinə gediş-gəlişi asanlaşaq, yetişdirilən kənd təsərrüfatı məhsullarının bazarlara vaxtında çatdırılması imkanı yaranacaq.

Xəbər lenti