Xəzər Xəbər

74 illik hegemonluq BAŞA ÇATIR: dollar bu tarixdə taxtdan salınacaq

İqtisadiyyat | 12:06 • 15 Oktyabr 2018
74 illik hegemonluq BAŞA ÇATIR:
Dollara qarşı yeni mübarizə başlana bilər.

XəzərXəbər "Uzmanpara”ya istinadən xəbər verir ki, dünya ölkələrinin kriptovalyuta ilə dollara qarşı mübarizəsinin ehtimal olunur.

Rusiya, Çin, Türkiyə, İran, Venesuela kimi ölkələr öz daxilində dollara olan ehtiyacın azaldılması üçün çalışmaqları ilə yanaşı, aralarında ticarətin aparılması üçün yerli pul vahidindən də istifadə etməyə çalışırlar.

İsveçrədəki "Kripto vadisi”nin başçısı Oliver Bussmen qeyd edib ki, yaxın 5-10 il ərzində ticarət kriptovalyuta ilə həyata keçiriləcək.

Türkiyə, Rusiya, Çin və İrana digər Asiya və Afrika ölkələri də qoşulsa, dollara qarşı mübarizə geniş həcmdə olacaq. Çünki adları qeyd olunmuş dörd ölkənin öz aralarındakı ticarət dünya ticarətinin 30%-ni təşkil edir. Bu da alternativ valyutanın yaradılması halında dolların ¼ hissə ilə dəyərini itirəcəyi deməkdir.

Xəbər lenti