Xəzər Xəbər

Bakıda "canlı naviqator'' - İlhamın bacarığı hər kəsi heyrətləndirir - VİDEO

Veb TV | 20:41 • 4 Oktyabr 2018
Bakıda "canlı naviqator'' -

10 yaşlı İlham İsgəndərov Bakı daxilində və ətrafında hərəkət edən istənilən marşrut avtobusunun haradan hara getdiyini dəqiqliklə bilir. Bu bacarığına görə onu ''canlı naviqator'' adlandırırlar.

Xezerxeber.az bildirir ki, İlhamın bu bacarığı onu görən hər kəsin marağına səbəb olur.

İlham deyir ki, o, marşrut avtobuslarının hərəkət istiqamətlərini öyrənməyə 3-4 yaşlarından başlayıb və ona bu işdə babası kömək edib.

İlhamın sözlərinə görə, hətta marşrut avtobuslarının xətti dəyişsə belə, o, babasından dəyişikliyi öyrənir və yadında saxlayır. Dərslərini əla qiymətlə oxuyan bu istedadlı gəncin arzusu isə həkim olmaqdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti