Xəzər Xəbər

Türkiyə Ordusu o ərazilərə də girir: Ərdoğan ABŞ-la dəhşətli müharibənin ANONSUNU VERDİ

Dünya | 14:48 • 24 Sentyabr 2018
Türkiyə Ordusu o ərazilərə də girir:

Türkiyə yaxın dövrdə Suriyada Fəratın şərqində əməliyyat keçirəcək.

Bu haqda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da TÜRKEN Vəqfinin ənənəvi qala yeməyində bildirib.

Türkiyənin Suriyada 4 min kvadrat kilometrlik bir ərazini İŞİD və PKK terrorçularından təmizləyərək oranı Suriya xalqının təhlükəsiz yaşadığı bir əraziyə çevirdiyini xatırladan Ərdoğan bənzər addımları Fəratın şərqində də atacaqlarını deyib.

"Biz "Suriyanın şimalını terror dəhlizi olmaqdan çıxardacağıq” deyirdik. Onun üçün El-Baba, Afrinə, Cerablusa girdik. Niyə? Oranın terror dəhlizi olmasına imkan verməyəcəyik. Lakin təəssüf ki, strateji tərəfdaşlarımız burada əks addımlar atır. 18 min TIR silah və sursat təəssüf ki, buralara göndərildi. Bunları birbaşa olaraq özlərinə də söylədim, ona görə də burada rahat danışırıq”, - Ərdoğan vurğulayıb.

ABŞ-a işarə edərək Türkiyənin bir strateji ortağından bunları gözləmədiyini ifadə edən Ərdoğan "biz strateji ortağıqsa, o zaman lazımi addımlar atılmalıdır”, - deyib.

Ekspertlər isə xəbərdarlıq edirlər ki, Türkiyənin Suriyada əməliyyat sahəsini genişləndirməsi yekunda ABŞ-Türkiyə hərbi qarşıdurması ilə nəticələnə bilər. Məsələn, bir müddət əvvəl ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) terrorla mübarizə üzrə keçmiş agenti, "Soufan Group” adlı şirkətin İdarə Heyətinin başçısı Əli Soufan "Nyu York Tayms” nəşrinə deyib ki, ABŞ Suriyada çox incə bir tarazlıq yaratmağa çalışır, lakin Suriyada döyüş meydanı kiçildikcə bu tarazlığı qorumaq qeyri-mümkün olacaq.

Soufan ABŞ-ın iki variantının olduğu qənaətindədir.

"Bu variantlardan biri odur ki, ABŞ kürdlərə dəstəyini böyük ölçüdə azaldacaq. Bu isə Suriya və İraqda ABŞ-a dəstək olan bir neçə qrup tərəfindən ABŞ-ın yeni bir xəyanəti kimi qiymətləndiriləcək. Digər variant isə ondan ibarətdir ki, ABŞ NATO üzvü Türkiyə ilə ya birbaşa, ya da dolayı şəkildə döyüşmək riski ilə üz-üzə qalacaq”, - o bildirib.

Türkiyə Fəratın şərqində olan Münbiçin PYD-dən təmizlənməsi ilə bağlı razılığa gəlsə də, ABŞ Fəratın şərqində kürd qruplaşmalarına dəstəyini davam etdirir. Hazırda Fəratın şərqində - Türkiyə ilə sərhəddə yerləşən böyük ərazilər PKK terror təşkilatının Suriya qolu olan PYD-nin nəzarətindədir. Türkiyə rəhbərliyi buranın terror təşkilatından təmizləməkdə israrlı olduğunu dəfələrlə bəyan edib./publika.az

Xəbər lenti