Xəzər Xəbər

Saatlıda qətl törədilib - Polis cinayətkarı axtarır - VİDEO

Veb TV | 20:20 • 23 Sentyabr 2018
Saatlıda qətl törədilib -

Həyat yoldaşından ayrılmaq istəməyən oğlan qayınanasının evinə gedərək qətl törədib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında Saatlı rayonunda olub. 28 yaşlı rayon sakini Xəyal Həşimov ailə münaqişəsi zəmnində qayınanası, 58 yaşlı Hökumə Alışovaya və həyat yoldaşı 25 yaşlı Gülbikə Həşimovaya bıçaqla xəsarətlər yetirib.

Hökumə Alışova aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib, Gülbikə Həşimova isə Saatlı Rayon Mərkəzi Xəstəxanasına, ordan isə əməliyyat olunmaq üçün Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, Həşimovlar ailəsi Bakı şəhərində yaşayırmışlar. Ailədə münaqişə yarandığından rəsmi boşanma ərəfəsində olublar. Qadın Saatlı rayonuna, ata evinə qayıdıb. Ötən gün axşam saatlarında sərxoş vəziyyətdə həmin evə gələn Xəyal Həşimov baş verənlərdən əsəbiləşərək hadisəni törədib. Polis onu axtarır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti