Xəzər Xəbər

İranda hərbi paradda terror: 8 ölü, 20 yaralı VİDEO

Veb TV | 11:14 • 22 Sentyabr 2018
İranda hərbi paradda terror: 8 ölü, 20 yaralı
İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı naməlum şəxslər hərbçilərə atəş açıblar.

XəzərXəbər "Tasnim" agentliyinə istinadən xəbər verir ki, silahlı insident nəticəsində 8 nəfər ölüb, 20-si yaralanıb.


Terror aktı İranda fəaliyyət göstərən "Təkfiri" qruplaşmasının üzvləri tərəfindən törədilib. Terrorçulardan ikisi hadisə yerində zərərsizləşdirilib, digər iki nəfər isə qaça bilib.

Xəbər lenti