Xəzər Xəbər

`Mercedes-Benz`dən mükəmməl bir sınaq VİDEO

Veb TV | 10:03 • 17 Sentyabr 2018
`Mercedes-Benz`dən mükəmməl bir sınaq

"Mercedes-Benz” şirkəti hər zaman yenilikləri ilə pərəstişkarlarının qəlbini qazanıb. Onlar bu dəfə də çoxdan gözlənilən bir yeniliyə imza atıblar. Belə ki, şirkət "Mercedes-Benz Automated Valet Parking” avtomatik parketmə sisteminin sınaqlarına başlayıb.

"Bosch” mütəxəssisləri ilə birgə hazırlanan yeni layihədə sürücünün parketmə üçün köməyinə ehtiyac qalmır. Sürücüdən tələb oluan sadəcə olaraq telefonuna yüklədiyi tətbiqdə avtomobilə onun üçün əvvəlcədən müəyyənləşdirilmiş yerdə park etməsi üçün əmr verməkdir. Bu əmrdən sonra avtomobil tam təhlükəsiz şəraitdə park edir.

Bir yerə gedərkən isə avtomobilin yanına getməyə ehtiyac qalmır. Yeni eyni qaydada avtomobilə telefonla onun olduğu yerə gəlməsi əmri ötürülür./FaktXəbər

Xəbər lenti