Xəzər Xəbər

Bakıda taksi dayanacaqları ləğv olunur

Gündəm | 11:59 • 21 Avqust 2018
Bakıda taksi dayanacaqları ləğv olunur

Hazırda Bakıda taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə bir neçə layihə üzərində iş aparılır.

XəzərXəbər-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev mətbuat konfransında deyib.

O qeyd edib ki, Bakı şəhərində yeni taksi dayanacaqları müəyyən edilir:

"Çalışırıq ki, taksi dayanacaqlarının yerlərini elə müəyyən edək ki, həm sərnişinlər üçün rahat olsun, həm də hərəkətə mane olmasın".

M.Ağayev bildirib ki, Bakıda təqribən 180 taksi dayanacağı var: "Hazırda hərəkətə mane olan taksi dayanacaqlarının yerlərinin müəyyən edilərək ləğv edilməsi işləri aparılır".

Xəbər lenti

Çox oxunanlar