Xəzər Xəbər

Mövsümün ən yaxşı 3 futbolçusu Messi siyahıda yoxdur

İdman | 10:02 • 21 Avqust 2018
Mövsümün ən yaxşı 3 futbolçusu
UEFA 2017/2018-ci il mövsümünün ən yaxşı oyunçularının siyahısını açıqlayıb.


XəzərXəbər-in məlumatına görə, "Real Madrid” klubunun yarımmüdafiəçisi Luka Modriç, "Yuventus”un yeni transferi Kriştiano Ronaldo və "Liverpul" klubunun ulduz oyunçusu Məhəmməd Salah ən yaxşılar siyahısındadır. Maraqlıdır ki, "Barselona”nın ulduzu Lionel Messi siyahıda yer almayıb.


Həmçinin mövsümün ən yaxşı qadın futbolçularının adı açıqlanıb. Bu siyahıya Amandin Anri, Pernille Harder və Ada Heqerberq daxil edilib.

Qeyd edək ki, Avropanın ən yaxşı futbolçusu, Çempionlar Liqasında 2017/2018-ci mövsümündə mövqelər üzrə fərdi mükafatlar alacaqlar. Qalibin adı avqustun 30-da Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.

Xəbər lenti