XəzərXəbər İCT-news-a istinadən
xəbər verir ki, .irkətin istehlak bölməsinin direktoru Riçard Yu təsdiq
edib ki, "Kirin 980" prosessoru oktyabrda təqdim ediləcək "Mate 20"
smartfonuna quraşdırılacaq.
"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru"
saytına istinadən yazır ki, "Huawei" şirkəti 31 avqust – 5 sentyabr
tarixlərində Berlində keçiriləcək "IFA 2018" sərgisində yeni mobil
prosessorunu rəsmən təqdim edəcək.
"Kirin 980" prosessoru 7 nanometrlik (nm) texnoloji proses üzrə
hazırlanacaq. Güman ki, yeni prosessor əvvəlki 10 nm-lik 970 modelindən
20% daha məhsuldar və enerji baxımından 40% daha səmərəli olacaq. Yeni
prosessor 8 nüvəyə (4 "ARM Cortex-A76" və 4 "Cortex-A55") malik olacaq
və takt tezliyi 2,8 QHs-dək çatacaq. Yeni neyron şəbəkə modulunun süni
intellekt funksiyaları ilə bağlı məsələlərin işlənməsini
sürətləndirəcəyi gözlənilir.