Xəzər Xəbər

Canan Karataydan Qurban Bayramına özəl məsləhətlər: "Qırmızı əti quyruq ilə birlikdə..."

Cəmiyyət | 13:57 • 19 Avqust 2018
Canan Karataydan Qurban Bayramına özəl məsləhətlər:

Daxili orqan xəstəlikləri mütəxəssisi və kardioloq Canan Karatay Qurban Bayramının yaxınlaşması münasibəti ilə qırmızı ət sevənlərə məsləhətlər verib.

Mütəxəssis qırmızı ətin quyruq yağı ilə birlikdə istifadə edilməsini tövsiyə edib.

Canan Karatay bildirib ki, təbii olan hər şey istənilən qədər yeyilə bilər:

"Bayramda paxlava və börək yeməsinlər. Onun yerinə bol-bol quyruq yağı və qırmızı ət yeyilsin. Qırmızı ət yağı ilə birlikdə çox faydalı olur. İstədikləri qədər istifadə edə bilərlər”.

Sevənləri üçün "Tibbin 10 şifrəsi” kitabının imza gününü təşkil edən kardioloq mərasimdə tünd türk qəhvəsi içib. Bu, hər kəsin diqqətini çəkdikdə isə Karatay açıqlama vermək məcburiyyətində qalıb:

"Qəhvə ən güclü antioksidandır. Şəkərsiz olmaq şərtilə içmək olar. Bayramda şəkər yerinə bolluca qəhvə içə bilərsiniz”./publika.az

Xəbər lenti