Xəzər Xəbər

Sumqayıtda VƏHŞİLİK: İtin hər iki gözü amputasiya olunacaq - VİDEO

Veb TV | 12:03 • 18 Avqust 2018
Sumqayıtda VƏHŞİLİK:

"Sumqayıtda işgəncəyə məruz qaln itin gözləri amputasiya olunacaq”.

Bunu açıqlamasında Azərbaycan Heyvanları Müdafiəsi ictimai birliyinin heyvan haqları üzrə inzibatçısı Fərid Mənsurov Sumqayıtda gözləri çıxarılan itin vəziyyətindən danışarkən deyib.

Onun sözlərinə görə, yaralı it hazırda Mərdəkanda sığınacaqdadır: "Vəziyyəti çox pisdir, ona yaxın durmaq olmur, əl vuranda ürəyi gedir. Sabah onu sığınacaqdan Alfavet klinikasına aparacayıq. Gözlərinin heç biri görmür, tamamiylə onu ovublar”.

Fərid Mənsurov qeyd edib ki, itin gözlərində əməliyyat gələn həftə aparılacaq: "İndi ona əl vurmaq olmur. Narkoza dözə bilməz, həddindən artıq işgəncəyə məruz qalıb”.


Xəbər lenti