Dollar dünyanın ən güclü iqtisadiyyatı olan ölkələrinin valyutası qarşısında ucuzlaşmağa başlayıb.
ABŞ və Çin arasında "ticarət müharibəsi"nin səngiməsindən sonra dollar cümə günü G-10 valyutaları qarşısında dəyər itirib.
Dolların 6 əsas valyuta qarşsında vəziyyətini göstərən dollar indeksi bu gün səhər saatlarında 0,1% nisbətində azalıb.
Avro isə hazırda ən çox möhkəmlənən valyutalar sırasında ilk pillədədir.