Qurban bayramı
münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət
Sosial Müdafiə Fondu tərəfindən avqust ayı üzrə pensiyaların qrafikdən
əvvəl maliyyələşdirilməsi təmin edilib.
Nazirlikdən verilən məlumata görə, fond avqust ayının 9-da Naxçıvan MR, Bakı, Sumqayıt şəhərləri və Abşeron
rayonu, 10-da respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan
rayonlar, 15-də respublikanın digər rayonları üzrə pensiyaların
maliyyələşdirilməsini təmin edib. Eyni zamanda, avqustun 16-da hərbi
qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan əmək
pensiyaçılarının pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb.
Pensiyaların
maliyyə təminatı üçün tələb olunan maliyyə vəsaitlərinin Fondun
orqanlarının xəzinə hesablarına köçürülməsi tam təmin olunub.
Qurban bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayı üzrə pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsi təmin edilib.