Xəzər Xəbər

ABŞ-la müharibə, ya sülh? Xameneyi seçimini açıqladı

Dünya | 11:04 • 14 Avqust 2018
ABŞ-la müharibə, ya sülh?

İranın dini lideri Ayətullah Xameneyi ABŞ-la aralarındakı gərginlik və müharibə çağırışlarına rəy bildirib.

Modern.az Reuters agentliyinə istinadən xəbər verir ki, Xameneyi bu çağırışların ciddi təhlükə kəsb etmədiyini və heç bir müharibənin olmayacağını bildirib.

O, ABŞ tərəfinin hadisəni şişirtməkdə ittiham edib.

"ABŞ rəsmiləri İran haqqında açıq şəkildə danışırlar. Onlar müharibə və danışıqlar haqda danışırlar. Müharibə olmayacaq. Biz heç bir zaman müharibəni başlatmamışıq, onlar da İran hərbçiləri ilə döyüşməyəcəklər” – Xamneyi bildirib.

O bu sözləri ilə ABŞ-ın İran üçün ciddi bir təhlükə kəsb etmədiyini qeyd edib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti