Xəzər Xəbər

Təhsil Nazirliyi növbəti dərs ili əlaqədar məlumat yaydı

Cəmiyyət | 14:36 • 25 İyul 2018
Təhsil Nazirliyi növbəti dərs ili əlaqədar məlumat yaydı

Təhsil Nazirliyi 2018-2019-cu tədris ili əlaqədar məlumat yayıb.


Təhsil Naziliyindən xezerxeber.az-a verilən məlumata görə, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edəcək.


Dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) olacaq.


Məktəbəhazırlıq qruplarında dərs ili oktyabrın 1-də başlayacaq. Məktəbəhazırlıq qrupları üçün dərs ilinin I yarımili 1 oktyabr-26 yanvar, II yarımili 1 fevral-31 mayı əhatə edəcək. Dərs ili 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar), 5 gün əlavə tətil (1-5 may) olacaq.

Xəbər lenti