Xəzər Xəbər

11 ilin ədavəti kütləvi davaya səbəb oldu - Ağır yaralılar var - VİDEO

Veb TV | 19:47 • 22 İyul 2018
11 ilin ədavəti kütləvi davaya səbəb oldu -

Şamaxıda həmkəndlilər arasında düşən kütləvi dava 4 nəfərin xəsarət alması ilə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Şamaxının Dağ Bağırlı kəndində baş verib. Kənd sakinləri Sahib Zeynalov, Sənan Zeynalov, Rafiq Manafov, Kabus Beydullayev, Elnur Zeynalov və Fəxrəddin Zeynalov şəxsi münasibətlər zəminində həmkəndliləri ilə mübahisə ediblər. Mübahisə davaya çevrilib və kənd sakini, 63 yaşlı Həbib Qafarov, onun oğulları Tural və Səxavət Qafarov qardaşları, eləcə də gəlini Mehriban Qafarova ağac, bel və başqa küt alətlərlə bədənin müxtəlif nahiyələrindən ağır xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Səxavət Qafarov və Mehriban Qafarovanın xəsarətləri yüngül olduğundan ilkin tibbi yardımdan sonra evə buraxılıblar. Tural Qafarovun müalicəsi palatada davam etdirilir. Atası Həbib Qafarovun vəziyyəti isə ağır olduğundan cərrahiyyə şöbəsinə yerləşdirilib.

Tural Qafarovun sözlərinə görə, davaya səbəb 11 il əvvəl baş vermiş ölüm hadisəsidir. Elə həmin vaxtdan da ədavət davm edir.

Faktla bağlı Şamaxı polisi tərəfindən araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti