Xəzər Xəbər

Qaxda şəlaləyə baxmağa gedənlərin başına daş düşdü - VİDEO

Veb TV | 18:55 • 18 İyul 2018
Qaxda şəlaləyə baxmağa gedənlərin başına daş düşdü -

Qax rayonunda istirahətə gedənlərin üzərinə şəlalədən daş düşüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Qaxın İlisu kəndində, yüksək dağlıq ərazidən tökülən "Ram Ramay" şəlaləsində baş verib. Oraya istirahət gedən Cəlilabad sakini, 28 yaşlı Orxan Məsdəliyevin başına şəlalədən gələn daş düşüb. O, başından və müxtəlif nahiyyələrindən xəsarət alıb. Orxan Məsdəliyev yıxılarkən yanında olan həmyerlilərinə - 28 yaşlı Tərlan Ağamalıyev və 30 yaşlı Mirrəhman Salmanova dəyərək onları da yıxıb. Yaralıların hər üçü Qax Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.

Digər 2 nəfərin isə xəsarətləri yüngül olub və xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti