Xəzər Xəbər

Bakı-Quba yolunda baş verən ağır qəzanın görüntüləri yayıldı - VİDEO

Veb TV | 12:41 • 18 İyul 2018
Bakı-Quba yolunda baş verən ağır qəzanın görüntüləri yayıldı -

Bakı-Quba yolunda avtobusla minik maşını toqquşub.


Xezerxeber.az-ın məlumatına görə, hadisə magistralın İsnovqışlaq kəndi ərazisində qeydə alınıb. Avtobusla minik maşının toqquşması nəticəsində bir nəfərin öldüyü bildirilir. Xəsarət alan 6 nəfər Quba Mərkəzi Rayon Xəstəxanasına, 2 nəfər isə Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Bu arada, Fövqəladə Hallar Nazirliyi Bakı-Quba yolunda baş verən yol qəzası barədə məlumat yayıb.

Xezerxeber.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şabran rayonunun Günəşli kəndində ”Nissan” markalı minik avtomobili və "Hyundai" markalı sərnişin avtobusu toqquşub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxışmış vəziyyətdə qalmış sürücü, 1992-ci il təvəllüdlü Bayramov Məmmədəli Əkbər oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Xezerxeber.az görüntüləri təqdim edir:





Xəbər lenti

Çox oxunanlar