Xəzər Xəbər

Sərin hava şəraiti nə vaxtadək davam edəcək? - VİDEO

Veb TV | 20:26 • 17 İyul 2018
Sərin hava şəraiti nə vaxtadək davam edəcək? -

Bir neçə gündür havanın temperaturu 3-4 dərəcə enib.

Xezerxeber.az-ın məlumatına görə, nisbətən sərin keçən hava şəraiti davam edəcək. Yaxın 2 gün ərzində paytaxtda havanın maksimal temperaturu 33 dərəcə olacaq.

Yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarmadasında hava əsasən yağmursuz və dəyişkən buludlu olacaq. Sabah axşam yarımadanın bəzi yerlərində isə qısamüddətli yağış yağacağı ehtimal olunur. Nisbətən sərin hava şəraiti hələ 2 gün də davam edəcək.

Rayonlarda isə sabah hava yağmursuz olsa da, iyulun 19-20-də yağış yağacağı gözlənilir.

Abşeron çimərliklərində isə yaxın 2 gün ərzində dəniz suyunun hərarəti 26-27 dərəcə olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti