Xəzər Xəbər

SON DƏQİQƏ: Azərbaycanda məşhur ticarət MƏRKƏZİ YANIR - VİDEO

Veb TV | 15:01 • 15 İyul 2018
SON DƏQİQƏ:

Abşeron rayonunda ticarət mərkəzində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən XəzərXəbər-ə bildirilib ki, yanğın rayon ərazisindəki "Riyad" Ticarət Mərkəzindəki mebel dükanının anbarında başlanıb.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Hələlik yanğının qarşısını almaq mümkün olmayıb.

Xəbər lenti