Xəbər verildiyi kimi,
iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş
radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən
polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi
nəticəsində 2 polis zabiti şəhid olub.
XəzərXəbər xəbər verir ki, artıq həmin qanlı cinayəti törətməkdə şübhəli bilinən
iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən
adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad
Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu
Qasımov müəyyən edilib.
Sosial şəbəkədəki hesabından Fərrux Xəqani oğlu Qasımovun radikal dindar olduğu məlum olur. Müxtəlif vaxtlarda İranda
dini abidələri ziyarət edib. Hətta sosial paylaşımlarında da dini
videolara üstünlük verib. Gəncə hadisələri törədilməmişdən öncə isə
Fərrux Kərbalanı ziyarət edib.