Xəzər Xəbər

Azərbaycanda toyda qan töküldü iki bacanaq yeznələri tərəfindən bıçaqlandı

Hadisə | 12:03 • 25 İyun 2018
Azərbaycanda toyda qan töküldü

Ucarda iki nəfər bıçaqlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gün gecə saatlarında rayonun Qazıqumlaq kəndində keçirilən toy məclisində baş verib.

Ucar rayonunun Qaradağlı kənd sakini, 1968-ci il təvəllüdlü Sahil Əlusəndar oğlu Salmanov bıçaq xəsarəti ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına, 1988-ci il təvəllüdlü Kamil Veysəl oğlu Əhmədov isə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, hadisəni törədən şəxs K. Əhmədovun yeznəsidir. Bıçaqlanan şəxslər isə bacanaqdırlar. Toy məclisində K. Əhmədovun yeznəsi ilə S. Salmanov arasında baş verən dava zamanı K. Əhmədov onları aralamaq istəyərkən ehtiyatsızlıqdan o da bıçaq xəsarəti alıb.

Ucar Rayon Polis Şöbəsindən verilən məlumata görə, hələlik saxlanılan yoxdur.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti