Xəzər Xəbər

Bir milyonluq avtomobilə oturdu, az sonra qəza törətdi — VİDEO

Veb TV | 15:30 • 24 İyun 2018
Bir milyonluq avtomobilə oturdu,

Qadının sükanı arxasında oturduğu avtomobilin dəyəri təxminən 1 milyon 300 min manatdır

Çinin Velinq şəhərində qadın "Ferrari 458” idman avtomobilini kirayələdikdən sonra bir neçə dəqiqə sonra onu başqa 2 avtomobilə çırparaq qəza törədib.

Qadın idman avtomobilinə əyləşərkən ilk dəfə "Ferrari” sükanı arxasında oturduğunu etiraf edib: "Bu çox təəccüblü hissdir".

Bir neçə dəqiqədən sonra qadın idarəetməni itirib və qarşıdan gələn BMW avtomobilinə çırpılıb. O da öz növbəsində Nissan markalı avtomobillə toqquşub. Sonuncu qarşı yola çıxıb.

Bu hadisədə ən maraqlı hissə… avtomobilin qiymətidir. Belə ki, qadının sükanı arxasında oturduğu avtomobilin dəyəri təxminən 1 milyon 300 min manatdır. Müəyyən edilib ki, avtomobilin ön hissəsi güclü zədələnib və sol təkər çıxıb.

Sürücü ancaq təhlükəsizlik yastıqları sayəsində ciddi xəsarət almayıb./Sputnik Azərbaycan

Xəbər lenti