Xəzər Xəbər

Bu şəhər od tutub yanır VİDEO

Veb TV | 15:16 • 24 İyun 2018
Bu şəhər od tutub yanır

Mütəxəssislər vulkanın hələ də ətraf mühit üçün təhlükəli olduğunu bildirir

Havayda Kilauea vulkanının püskürməsi bütün şəhəri alovlara bürüyüb.

Vulkanının 50 metrlik yüksəklikdə olan konik təpəsinin 8 nöqtəsindən çıxan ərimiş material saatda 27 kilometr sürətlə okeana axır. Elm adamları vulkanın hərəkətini izləməyə davam edir.

Mütəxəssislər vulkanın hələ də ətraf mühit üçün təhlükəli olduğunu bildirir. ABŞ Geoloji Araşdırma və Hava Xidmətləri İdarəsi partlamalar və kiçik zəlzələlər şəklində davam edən vulkanın havadan şəklini çəkib.

Xatırladaq ki, Kilauea vulkanı iyunun 14-də 1800 metr hündürlüyə lava püskürmüşdü. Klauea vulkanı partlamaqda davam edərkən, daxilində böyük bir krater çuxuru yaranır.


Xəbər lenti