Xəzər Xəbər

Qətl törədib polisə təslim oldu - VİDEO

Veb TV | 19:02 • 23 İyun 2018
Qətl törədib polisə təslim oldu -

Şirvanda qətl törədilib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə şəhərin mərkəzindən kənarda yerləşən fərdi yaşayış evinin yaxınlığında qeydə alınıb. Şirvan şəhər sakini, 40 yaşlı Abbas Abbasov çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirilərək hasarın yanına atılıb. Bu barədə məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qətlin baş verdiyi əraziyə baxiş keçırılıb. Sonra Abbas Abbasovun meyiti müayinə olunması üçün morqa aparılıb. Qətli törədən Şirvan sakini, 24 yaşlı Əziz İbadov isə polisə təslim olub. Qətlin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda cinayət işi açılıb, istintaq davam edir.

Xezerxeber.az videogörüntünü təqdim edir:


Xəbər lenti