Xəzər Xəbər

Qayınana, qayınata və həyat yoldaşını öldürdü Uşağını götürüb qaçdı - VİDEO

Veb TV | 12:59 • 21 İyun 2018
Qayınana, qayınata və həyat yoldaşını öldürdü

Türkiyənin Qaziantep şəhərində dəhşətli cinayət hadisəsi baş verib.

"Qafqazinfo” Posta-ya istinadən xəbər verir ki, 27 yaşlı Eyüp adlı şəxs ailədaxili problemlər səbəbindən boşanma ərəfəsində olduğu həyat yoldaşından 1 yaşlı qızını almaq istəyib.

O, istəyinə cavab ala bilmədiyi üçün həyat yoldaşının qaldığı qaynı Yunus Kösənin evinə gedib. Mübahisə zəminində 22 yaşlı yoldaşı Gülşəni, qayınatası Bəkiri və qayınanası Gülsümü tüfənglə öldürüb. Yaralananan qaynı Yunus isə həmin vaxt özünü ölmüş kimi göstərib və bu yolla canını xilas edib.

Eyüp uşağını da götürərək hadisə yerindən qaçıb.

Lakin, polisə məlumat daxil olduqdan sonra aparılan araşdırmalar qısa zamanda nəticəsini verib. Cinayətkar saxlanılaraq polis idarəsinə aparılıb. Körpə isə qohumlarına təhvil verilib.

Xəbər lenti

Çox oxunanlar