Xəzər Xəbər

İran sərhədində atışmada iki sərhədçi həlak olub, üçü yaralanıb

Dünya | 12:21 • 21 İyun 2018
İran sərhədində atışmada iki sərhədçi həlak olub, üçü yaralanıb

Ötən axşam Pakistan-İran sərhədində atışma olub.

APA-nın Tehran bürosunun məlumatına görə, silahlı dəstə Zabul sərhəd zonasında Pakistandan İran ərazisinə keçmək istəyərkən sərhədçilərlə atışma baş verib.

Atışma zamanı iki sərhədçi həlak olub, üçü yaralanıb.

Ölənlərdən biri zabit, digəri əsgərdir.

Qarşı tərəfin itkiləri, habelə hadisə barədə məlumat açıqlanmayıb.

Xəbər lenti