Xəzər Xəbər

Ağsu sakini həyat yoldaşına namaz qıldığı yerdə 21 bıçaq zərbəsi vurub - VİDEO

Veb TV | 20:36 • 20 İyun 2018
Ağsu sakini həyat yoldaşına namaz qıldığı yerdə 21 bıçaq zərbəsi vurub -

Ağsu sakini həyat yoldaşını namaz qıldığı yerdə bıçaqlayıb.

Xezerxeber.az-ın məlumatına görə, cinayət hadisəsi rayonun Qaraqaşlı kəndində olub. 26 yaşlı Şəbnəm Həsənli təcili tibbi yardım stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Xeyli qan itirən qadının vəziyyəti ağırdı. Məlumata görə, kişi arvadını öldürmək üçün onu kürək, qol, bilək və sinə nahiyyəsindən bıçaqlayıb. Ailə üzvlərinin bildirdiyinə görə, qadın namaz qılarkən kişi arxadan qəflətən ona hücum edərək bıçaqlamağa başlayıb. Hadisəni törədən şəxsin tapılması üçün polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti