Xəzər Xəbər

Sərnişinlə dolu avtobusla "zapravka"ya girdi - Sürücünü ağır cəza gözləyir - VİDEO

Veb TV | 20:08 • 17 İyun 2018
Sərnişinlə dolu avtobusla "zapravka"ya girdi -

Dəfələrlə avtobusların sərnişinlə dolu yanacaqdoldurma məntəqəsinə daxil olması və sərnişinlərin həyatını təhlükəyə atmaları ilə bağlı xəbər təqdim etmişik. Hətta buna görə sürücülərdən cəzalananlar da olub. Ancaq buna baxmayaraq hələ də Bakıda belə avtobus sürücüləri var.

Xezerxeber.az-ın məlumatına görə, içərisi sərnişinlə dolu avtobus yanacaqdoldurma məntəqəsinə daxil olaraq yanacaq vurdurub. Bununla da sərnişinlərin həyatını təhlükəyə atıb.

Hadisə Bakıda fəaliyyət göstərən marşrut avtobuslarından birində baş verib. "Xəzər Xəbər"in votsap nömrəsinə göndərilən görüntüdən aydın olur ki, sürücü özünün və sərnişinlərin həyatını təhlükəyə ataraq yanacaqdoldurma məntəqəsinə daxil olub. Verilən məlumata görə, hətta sərnişinlər sürücünün bu addımına etiraz etsələr də o, buna məhəl qoymayıb. Görünən odur ki, hələ də belə qayda pozan sürücülər var.

Bəs bu sürücünü hansı cəza gözləyir?

"Yol hərəkəti haqqında" qanuna görə, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olması qadağandır. Belə halda yol polisi sürücünü 3 cərimə balı və 60 manat miqdarında cərimə edə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti